Xəbər lenti

Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb. 

Ovqat.com xəbər verir ki, APA-nın məlumatına görə, Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb.

Faktla bağlı cinayət işi başlanıb. Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyi üzərində dayanırlar.




Ana səhifəyə qayıt        Baxış: 666          Tarix: 25-05-2017, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma