Fransa prezidenti Emmanuel Makron 3 günlük dövlət səfəri ilə Almaniyaya yola düşüb.
Musavat.com xəbər verir ki, Makron 24 ildə ilk dəfə Almaniyaya səfər edən Fransa lideri olacaq.
O, Berlin, Drezden və Münster şəhərlərinə də baş çəkəcək.
İkitərəfli məsələlərlə yanaşı, Fransa və Almaniya qarşıdakı 5 il ərzində Aİ-nin gündəliyində ortaq mövqeləri müəyyənləşdirməyə çalışacaqlar.
Emmanuel Makronun səfəri iki ölkənin birliyini nümayiş etdirmək jesti kimi qiymətləndirilir. Bu, Fransa-Almaniya münasibətlərinin “sağlamlığının” sınağı kimi də dəyərləndirilir. Çünki uzun müddətdir ki, Makron və Almaniya kansleri Olaf Şolts arasında bir çox sahələrdə dərin ziddiyyətlər var.
Xüsusilə, Makron müdafiə məsələlərində Avropanın özünü təmin etməsi ideyasını təbliğ edir. Şolts isə hesab edir ki, avropalıların ABŞ-dan başqa etibarlı alternativi yoxdur.
Paylaş: