Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski döyüş əməliyyatları bölgəsində atəşkəsə qarşı çıxıb.

O, bu barədə "YouTube"da yayımlanan Fransa Milli Assambleyasındakı çıxışında danışıb.

Zelenski qeyd edib ki, əgər kimsə müvəqqəti xətlər çəkməyə cəhd edərsə, bu, ancaq yeni müharibədən əvvəl bir fasilə olacaq.

Ukrayna prezidenti həmçinin Rusiya ilə döyüşdə qalibiyyətin mümkünlüyünə də əminliyini ifadə edib.

"Bu döyüşdə qalib gələ bilərikmi? Şübhəsiz ki, bəli", - deyə Zelenski bildirib.

Mənbə: NEWS. ru




Ana səhifəyə qayıt        Baxış: 2 986          Tarix: 7-06-2024, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma