Xəbər lenti

"Polislər işlərini daim yaxşı görürlər. Bu günə qədər seçki proseslərində heç bir xoşagəlməz hal yaşanmayıb".

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, polis əməkdaşları ilə də birgə çalışmaq lazımdır:

"Eyni zamanda Naxçıvan da nəzarətdə saxlanılmalıdır. Eşitdiyim qədər ilə, Naxçıvanda seçki dairələrində mebel, seçici kabinələri və s kimi məsələlərdə çatışmazlıq var.

Naxçıvanın yeni rəhbərliyi də bizimlə işbirliyinə hazırdır. Demişəm ki, işğaldan edilən ərazilərlə yanaşı, Naxçıvan da nəzarətimizdədir".




Ana səhifəyə qayıt        Baxış: 2 942          Tarix: 2-07-2024, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma