Xəbər lenti

Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri təkcə ekoloji məsələlərin deyil, həm də Cənubi Qafqaz regionunda siyasi gərginliklərin müzakirə olunacağı bir platformaya çevriləcək. Lakin bu tədbir ərəfəsində baş verən bəzi hadisələr və müzakirələr diqqəti fərqli istiqamətə çəkir. Xüsusilə, erməni separatçılarının həbsdə olan nümayəndələrinin "qaçırılma ssenarisi" üzərində apardıqları müzakirələr ciddi narahatlığa səbəb olur.

Məlumatlara görə, erməni separatçıları arasında həbsdə olan yoldaşlarını azad etmək məqsədilə xüsusi bir ssenari hazırlanır. Lakin bu ssenarinin əsas məqsədi onların azad edilməsi deyil, məhz "qaçırılmasıdır". Bu cür bir ssenarinin həyata keçirilməsi, rəsmi Bakıya qarşı beynəlxalq təzyiqi artırmaq məqsədi güdür.

Ermənilər bu cür bir ssenarinin həyata keçirilməsi ilə, Azərbaycanı çətin vəziyyətə salmaq və beynəlxalq ictimaiyyətin diqqətini separatçıların azad olunmasına yönəltmək istəyirlər. Bu vəziyyət rəsmi Bakının siyasi imicinə zərbə vurmaq və ölkənin beynəlxalq platformalarda tənqid olunmasına gətirib çıxara bilər. Nəticədə, erməni tərəfi separatçıların sərbəst buraxılmasına nail olmağa çalışır.

Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov News24.az-a açıqlamasında qeyd edib ki, sentyabr ayı ermənilərin münaqişə yaratmağa çalışdığı vaxtlardan biridir:

“Adətən biz onların bu "xəstəliyi"nin aprel ayında şiddətləndiyinin şahidi olurduq, lakin 2020-ci il 44 günlük savaşdan sonra artıq sentyabr ayı gələndən sonra müxtəlif bəhanələr, müxtəlif versiyalar səsləndirərək gündəmdə olmaq istəyirlər. Ermənilər çox şey sayıqlaya bilərlər. Əvvəla Azərbaycan o qədər aciz bir dövlət deyil ki, seperatçıları burden kimsə qaçırtsın. Belə bir axmaq fikiri yalnız ermənilərdən gözləmək olar. COP-29 ərəfəsində bu cür fikirlər səsələndirmək sadəcə seperatçıların tərəfdarları tərəfindən məqsədyönlü şəkildə tirajlanır”.

Ekspert qeyd edib ki, ermənilər bu cür xəbərlər yaymaqla istəyirlər ki, Rəsmi Bakı hazırda həbsdə olan seperatçıları guya həbsdən buraxmaq barədə düşünsün. Onun sözlərinə görə, Bakıda həbsdə olan seperatçıların o qədər cinayətləri var ki, hələ aylarla bu məhkəmə davam edəcək:

“Ermənilər sadəcə gündəmdə olmaq üçün bu kimi fikirlər səsləndirirlər. Bəzi qüvvələr – Fransadan, Amerikadan və s. ölkələrdən çalışırlar ki, bu seperatizmi dirçəltsinlər. Amma bu məsələ baş tutmayacaq. COP-29 tədbiri kimi beynəlxalq əhəmiyyətli bir hadisə ərəfəsində belə bir ssenarinin həyata keçirilməsi Ermənistanın regionda gərginliyi artırmaq və Azərbaycanın imicini zədələmək cəhdlərindən biri kimi qiymətləndirilməlidir. Bu mümkün olmayacaq”.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 361          Tarix: 9-09-2024, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma