Xəbər lenti

Son bir ay ərzində İsrail qüvvələri İran daxilində gizli əməliyyat keçirib, bir sıra sənədlər oğurlanıb, bəzi mərkəzlərdə təxribat törədilib və iki SEPAH zabiti öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İranın "Əsr" televiziya kanalının "Meydan" verilişinin aparıcısı Vəhid Xəzzab təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

"Hökumət rəsmiləri bu barədə heç bir açıqlama vermirlər, onlar bununla da kimsənin baş verənlərdən xəbərdar olmasını istəmirlər", - deyə aparıcı İran rəsmilərini İsrailə cavab vermədiyi üçün tənqid edib.

Qeyd edək ki, avqustun 29-da İsfahanda SEPAH-a bağlı zavodda baş verən partlayış nəticəsində biri polkovnik olmaqla, iki SEPAH üzvü həlak olub. İran rəsmiləri bunun qaz sızması nəticəsində baş verdiyini iddia etsələr də, həmin partlayışın İsrail qüvvələrinin əməliyyatının nəticəsi olduğu ehtimal olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 700          Tarix: 21-09-2024, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma