Xəbər lenti

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən "Abu Malik" təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.

Oxu.az -ın məlumatına görə, bu barədə 18 iyul 2025-ci ildə keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə "Abu Malik" təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Məhəmməd Şirin oğlu Əliyev olduğu məlum olub.

Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.

Məlum olur ki, öz ətrafında radikal dini təriqətəmeyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.

Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Ana səhifəyə qayıt        Baxış: 4 920          Tarix: Dünən, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma