Xəbər lenti

Fransada solçu müxalifət partiyası olan “Əyilməz Fransa”nın lideri Jan-Lük Melanşon prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması üçün yeni təşəbbüs irəli sürüb.

Modern.az xəbər verir ki, o, bu barədə “France Inter” radiosunda çıxışı zamanı bildirib.

Jan-Lük Melanşon deyib ki, partiyası sentyabrın 23-də prezidentin vəzifədən uzaqlaşdırılması prosedurunun başladılması üçün təklif təqdim edəcək. Bu təklifə qətnamə də əlavə olunacaq. “Bir il əvvəl belə bir təşəbbüs qaldırmışdıq, lakin qanun komissiyası tərəfindən rədd edilmişdi. Təkrar edəcəyik, çünki Fransanın düşdüyü böhranın birbaşa məsuliyyəti Emmanuel Makronun üzərindədir”, – deyə Melanşon diqqətə çatdırıb.

Xatırladaq ki, “Əyilməz Fransa” ölkə parlamentinə Makronun vəzifədən uzaqlaşdırılması üçün təklif təqdim edib. Həmin təklif qanunvericilik komissiyasında rədd olunub. Buna baxmayaraq, Melanşon mübarizəni davam etdirməkdə israrlıdır və Emmanuel Makronun hakimiyyətdən getməsinin zəruri olduğunu vurğulayır. “Makron getməlidir, çünki o, mövcud siyasi və iqtisadi xaosun əsas səbəbkarıdır,” – deyə Melanşon diqqətə çatdırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 786          Tarix: Dünən, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma