
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqsetlə birlikdə Vaşinqton şəhər restoranında şam yeməyi yeyib və bunun paytaxtın təhlükəsizliyinin sübutu olduğunu bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnterfaks" nəşri məlumat verib.
Restoranın girişində prezident jurnalistlərə bildirib ki, Vaşinqton ölkədə ən təhlükəli şəhərlərdən biri olub, indi isə ölkənin hər yerində olduğu kimi, burada da eyni şəkildə təhlükəsizdir.
"Ona görə də biz burada Nazirlər Kabinetinin üzvləri ilə nahar edirik", - deyə Tramp bildirib.
O qeyd edib ki, buna paytaxtda cinayətkarlıqla mübarizə tədbirləri şərait yaradıb.
Donald Trampın sözlərinə görə, ehtimal ki, çox yaxında eyni tədbirlərin görüləcəyi başqa bir şəhər barəsində də sentyabrın 10-da elan edəcək.
Xatırladaq ki, avqustun 11-də Tramp Vaşinqton polisinin müvəqqəti olaraq federal nəzarətə keçdiyini və cinayətlə mübarizə üçün Milli Qvardiyanın şəhərə göndərildiyini elan edib.
Paylaş: