
Danimarka Baltik dənizindəki Bornholm adası üzərində pilotsuz uçuş aparatlarının (PUA) görüldüyü iddiası ilə bağlı xəbərlər fonunda əraziyə krallığın silahlı qüvvələrinə məxsus qırıcını göndərib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TV2 yerli polisə istinadən məlumat verib.
Məlumata görə, Bornholm sakinləri PUA-nın əvvəlcə adanın üzərindən bir istiqamətə, daha sonra digər istiqamətə uçduğunu bildiriblər
Sentyabrın 25-də Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bəyan etmişdi ki, krallıq pilotsuz uçuş aparatlarının ölkənin hava məkanına haradan daxil olduğunu bilmir, lakin onlar mütləq şəkildə peşəkar tərəfindən buraxılıb.
O qeyd edib ki, Danimarka hərbçiləri qalıqların sakinlərin evlərinə düşəcəyindən ehtiyat etdikləri üçün PUA-ları vurmayıblar. Nazir əlavə edib ki, PUA-ların Rusiyaya məxsus olduğuna dair heç bir sübut yoxdur.
Xatırladaq ki, sentyabrın 23-də Danimarka hakimiyyəti Kopenhagen bir neçə PUA-nın hava limanı yaxınlığında aşkarlanmasından sonra hava limanının fəaliyyətini dayandırmışdı. Danimarka polisinin məlumatına görə, hava limanı üzərində 2-4 "böyük" pilotsuz uçuş aparatı görüntülənib.
Paylaş: