Xəbər lenti

 

Xalid Kazımlı

ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını Danimarkadan pulla almaq istəməsi hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biridir. Bu iddia adaya marağı artırıb. Danimarkalı siyasətçilər Trampın bu iddiasını qeyri-ciddi hesab edərək, ironik ifadələrlə cavablasalar da, hər halda, bu onları narahat edib. O da məlum olur ki, bu iddia amerikalıların Qrenlandiyaya ilk tamahsılanması deyil. Hələ 74 il öncə prezident Harri Trumen də bu adanı 100 milyon dollara Danimarkadan almaq istəyib, amma danimarkalılar adanı satmaqdan imtina ediblər.

Etirazdan çox reklama bənzəyən açıqlama 

Image result for qrenlandiyanın xarici iÅlÉr nazirliyi

Qrenlandiyanın Xarici İşlər Nazirliyi isə Trampın uyğun niyyətinə reaksiya verərək, açıqlama yayıblar və bu mətn Trampa etriazdan çox, adanın reklam bukletinə bənzəyir. XİN-in açıqlamasa aşağıdakı kimidir:

“Qrenlandiya minerallar, saf su və buz, balıq, dəniz məhsulları, bərpa olunan enerji kimi qiymətli resurslarla zəngindi və bu, turizmin inkişafı üçün perspektiv istiqamətlərdir. Biz biznes üçün açığıq, satış üçün yox ”.

Bundan əvvəl Wall Street Journal qəzeti Ağ Evdəki mənbəsinə istinadla prezident Donald Trampın sözügedən niyyəti barədə xəbər yayıb. Həmin xəbərdə bildirilirdi ki, ABŞ-ın bu adanı almaq istəməsinin məqsədi ölkənin Arktika bölgəsində hərbi mövcudluğunun genişlənməsidir.

Qlobal istiləşmə Qrenlandiyanın əlverişli məkana çevirə bilər

Image result for qrenlandiya adası

Ancaq belə anlaşılır ki, amerikalıların məqsədi təkcə hərbi məsələ ilə bağlı deyil. Bu iddia qlobal istiləşmənin yaratdığı yeni situasiya ilə də bağlı ola bilər. Göründüyü kimi, ekoloq alimlərin hələ 20 il bundan əvvəl irəli sürdükləri qorxunc proqnozlar bu il, Alyaskada görünməmiş istilərin qeydə alınması, buzlaqların əriməsi ilə bağlı doğruldu. Gedişat davam edərsə, yaxın on illiklərdə Qrenlandiyada insan yaşayışı üçün əlverişli məkanların ərazisi genişlənəcək və orada milyonlarla insanı məskunlaşdırmaq mümkün olacaq. Üstəlik, Qrenlandiya torpağı hələ xamdır, orada kəşf olunmamış mədənlər çoxdur. Ola bilər, amerikalıların əlində adadakı faydalı qazıntılarla bağlı müfəssəl məlumat var. Adada zəngin neft və qaz ehtiyatı da ola bilər, almaz-qızıl yataqları da.

Zaman gəlsə, Yer planetinin ekvatora yaxın hissələri istidaən yanıb qovrulsa, məhz Alyaska, Sibir, Qrenlandiya, Kanada kimi ərazilərdə bəşər oğlu öz mövcudluğunu qoruya bilər.

Hər halda hazırda Qrenlandiyanın qiyməti 74 il əvvəl olduğu kimi 100 milyon dollar olmaz. Danimarka onu indi heç 100 milyarda da satmaz. Zatən son iki-üç gündə adaya beynəlxalq marağın artması onun dəyərini xeyli yüksəldib. 
Bəs Qrenlandiya necə bir yerdir, tarixi nədir?

Uzaq və böyük ada

Image result for qrenlandiya adası

Avstraliya materik kimi yox, ada kimi qeydə alınsaydı, o zaman Qrenlandiya dünyanın sahəsinə görə ən böyük adası olardı. Ancaq bir dövlətin ərazisi olan Avstraliya altıncı ada olaraq müəyyənləşdiyinə görə hazırda Qrenlandiya dünyanın ən böyük adasıdır.

Bu ada Danimarkanın muxtar mahalıdır və sahəsinə görə ən böyük inzibati ərazidir. İl on ik ay çox hissəsi qar-buz, rəng olaraq bəyaz olsa da, adanın adının hərfi mənası "yaşıl torpaq"dır – (ingiliscədə qrin- yaşıl, land – torpaq deməkdir. Məsələ ondadır ki, adanın qərb və və cənub-qərbindən isti cərəyan keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad veriblər, elə biliblər, ada başdan-başa yaşıllıqdır. Bu baxımdan adanın dəqiq adı əslində “Qrinlandiya” olmalıydı, amma görünür, biz bu adı Misiri “Yeqipet”, Teksası “Texas”, Vyananı “Vena” adlandıran ruslardan əxz etmişik.

Adanın kəşfi

Vikipediyada Qrenlandiyanın kəşfi ilə bağlı müxtəlif məlumatlar var. Daha ciddi faktlardan biri bu adanın island mənşəli norman Qunbern tərəfindən 1114 il öncə, 875-ci ildə kəşf olunmasıdır). Hərçənd başqa mənbələrdə bildirilir ki, Qrenlandiya qədim yunan dənizçisi Pifeyin gördüyü "buzlu Tule ölkəsi" də ola bilər.

Bizim eramızdan əvvəl 325-ci ildə Pifey Şimali Avropaya səyahəti zamanı bu ərazinin mövcudluğunu öz yazılarıda göstərib. Sonralar Firtof Nansen Pifeyin materiallarını geniş tədqiq etdikdən sonra bu qənaətə gəlib ki, Pifeyin səyahəti Danimarka və Norveç sahilləri ilə məhdudlaşıb, yəni dənizçi okeanda çox da uzağa getməyib və onun gördüyü buzlaqlar isə Barens dənizi və Norveç dənizinin buzları olub.

Əslində isə Qrenlandiyanın ilk dəfə nə vaxt, kim tərəfindən kəşf olunmasının yalnız tarix baxımından əhəmiyyəti ola bilər. Bu məsələnin siyasi əhəmiyyəti yoxdur. Əsas odur ki, bu adada ilk koloniya normanlar tərəfindən salınıb və bu koloniya XV əsrın sonuna qədər mövcud olub. Bu koloniyanın ən axar-baxarlı vaxtı hesab edilən XI əsrdə adada 10 000 nəfər yaşayıb. Onlar həm İslandiya ilə, həm də digər Avropa ölkələri ilə ticarət əlaqələrinı malik olublar, il ərzində buraya qida, geyim,silah gətirən beş-altı gəmi gəlir, əvəzində morj dişi, xəz dəri və suiti yağı aparırmışlar.

Adanın mərkəz hissəsini qalın buz qatı ilə örtülməsi oranı Antarktida kimi insan yaşayışı üçün əlverişsiz etdiyindən buralar normanlar üçün maraqsız olub.

Kasıb adanın gəlmə sakinləri - normanlar

Image result for normanlar

XIV əsrin axırlarında avropalı dənizçilər Qrenlandiyanı il ərzində çox az ziyarət edirmişlər.1410-cu ildən isə bu səfərlər dayanıb. Bir də XVI əsrin ortalarında avropalı dənizçilər yenidən adanın cənub-qərb sahillərinə səfərlər etməyə başlayıblar. Ancaq artıq orada normanlara rast gəlmək mümkün olmayıb. Danimarkalı arxeoloq P.Norlunq ehtimal edir ki,normanlar aclıqdan məhv olublar. V.Stefansson isə bildirir ki, ola bilır normanlar eskimoslarla qaynayıb-qarışıb, assimiliyasıya olunublar.

Orta əsrlərdə Qrenlandiyanı müstəqil ada hesab etmir, xəritədə Avropanın şimal-qərb hissəsinin yarımadası kimi göstərirmişlər.Balina ovçuluğunun inkişafı ilə əlaqədar adanın sahil suları yenidən diqqət mərkəzinə düşüb. XV-XVI əsrlərdə bask, irland və digər avropalı balına ovçuları dəfələrlə Qrenlandiya sahillərinə gəliblər. 1473-cü ildə danimarkalı admirallar D.Pinninq və X.Potxorst Qrenlandiyanın şərq sahillərinə yaxınlaşıblar və sahildəki yüksək dağın ətəyində bu ərazinin kəşfi barədə məlumat lövhəsi qoyublar.

1576-1580-cı illərdə ingilis dənizçilər bir neçə dəfə bu əraziyə səfər ediblər. Onların əsas məqsədlərdən biri də Simal-Qərb dəniz yolunun kəşfi olub. İngilislərin bu fəallığı danimarkalıları təbii olaraq narahat edib və onlar əraziyə bir neçə ekspedisiya göndəriblər. Daha sonra Qərbi Avropa ölkələri Danimarkanın bu ada üzərindəki hüququnu qəbul etməyə başlayıblar.

1670-ci illərdə artıq danimarkalılar adanın qərbində 78°30’ ş.enliyinə kimi üzə biliblər. Məlum olub ki, adanın sahilləri balına, suiti və dəniz heyvanları ilə zəngindir.və bu səbəbdən adanın növbəti illərdə yenidən tədqiqatına maraq yaranıb. Danimarkalar adanı öz ölkələrini müstəmləkəsi elan edərək onu mübahisəli ərazi olmaqdan qurtarıblar.

19-cu əsrdə danimarkalılar Qrenladiyada qəsəbələr salıblar və balına ovçuluğu sənayesi ilə məşğul olublar.

1818-ci ildə ingilis D.Rossa şərqdən adanın buzlarla dolu şimal sahillərini dövr edərək Smit körfəzinə gəlib çatıb. Bununla da adanın qərb sahillərinin kəşfi yekunlaşıb. Adanın şərq sahillərinin qalın buz qatı ilə örtülməsi üzündən oraya yalnız yayın sonunda yaxınlaşmaq mümkün olurdu.

XX əsrin 20-ci və 30-cu illərindən sonra Qrenlandiya daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Şimalı Atlantika üzərindən həyata keçirilən hava marşurutları nəticəsində Qrenlandiyanın iki materik arasında əlverişli dayanacaq nöqtəsi olduğu üzə çıxıb.

Image result for qrenlandiya adası

II dünya müharibəsi illərində adaya olan maraq azalsa da, bəzi tədqiqatlar da aparılıb. 1942-1943-cü illərdə amerikalı tədqiqaçılar adada meteoroloji araşdırmalar aparıblar.

Müharibədən sonra, 1948-ci ildə Danimarka adanın ən şimal hissəsi olan Piri torpağı yarımadasının tədqiqatına başlayıb. Həmin illər artıq adanın aerofoto çəkilişləri aparlıb, 1:250 000 miqyaslı xəritələri hazırlanıb.

1953-cü ildən artıq Qrenlandiya Danimarkanın ayrılmaz tərkib hissəsi hesab olunur. 1979-cü ildən isə Danimarka parlamentinin qərarı ilə adaya özünüidarə etmə statusu verilib.

Qrenlandiya Şimali Amerikanın şimal-şərq hissəsində yerləşir. Materikdən və Kanada Arktik arxipelaqında adanı şimaldan Smit boğazı, qərbdən Baffin dənizi və Devis boğazı ayırır. Cənubdnan adanı Labrador dənizinin suları Labrador yarımadasından ayırır. Şərqdən Qrenlandiya İslandiya ilə Danimarka boğazı ilə sərhədlənir. Ada şimaldan cənuba doğru 2690 km uzanır. Ən enli yeri isə 1300 km-dir.

Adanın bugünkü həyatı və gələcəyi

Image result for qrenlandiya adası

Yuxarıda deyildiyi kimi, Qrenlandiya insanların məskunlaşması üçün çox əlverişsizdir. Bununla belə, Qrenlandiyada zəngin faydalı qazıntıların olduğu güman edilir. Bu, tam öyrənilməsə də, əminliklə demək olar ki, ada müxtəlif faydalı qazıntılarla zəngindir. Adada bir çox qiymətli mineral resurslara rast gəlinir. Bundan başqa, adanın qərbində böyük mərmər yataqları və qonur kömür ehtiyatı var.

Adanın sahillərində iqlim yayda nisbətən yaxşı olur, hava müsbət 9 dərəcəyə qədər isinir. Okeandan uzaqlaşdıqca havanın hərarəti düşür. Qışda adanın mərkəzində 60 dərəcə şaxta qeydə alınır.

Döddə üçün buzlaqdan ibarət olan Qrenlandiyanın faunası məlum səbəblərdən elə də zəngin deyil. Burada şimal maralı, ağ ayı, canavar, ağ torağay, qağayı, sahilyanı sularda morj, balina, suiti yaşayır.

Image result for qrenlandiyada balina ovu

2016-cı ilin iyulunda aparılan siyahıyaalmanın nəticələrinə görə, o vaxt Qrenlandiyada 58 minə yaxın ə alınıb. Buranın əsas aborigen xalqı Qrenlandiya eskimoslarıdır. Onlar yerli dildə özlərini kalaallitlər adlandırırlar və ada əhalisinin 90 faizini təşki edirlər. Yerdə qaln 10 faiz isə danimarkalılardan və digər Avropa xalqlarının təmsilçisidirlər.

Əhalinin əksəriyyəti adanın cənub-qərb sahillərində, əsasən Qrenlandiyanın iri şəhərlərində yaşayır. Qrenlandiyanın paytaxtı Nuukdur (Qotqob), bu şəhərdə 17 min insan yaşayır. Bundan başqa Kakortok, Sisimiut, Maniistok kimi yaşayış məntəqələri də var. Əhalinin əsas məşğuliyyəti ovçuluq və balıqçılıqdır. Ada əhalisi əsasən Qrenlandiya eskimoslarının dilində danışırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 874          Tarix: 18-08-2019, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma