Son vaxtlar mərasim evlərində qiymətlər artır. İlk vaxtlar adambaşı menyu hesabı ilə qiymətlər 5-6 manatdan başlayırdısa, indi minimal qiymət 10 manatdır. Hətta elə mərasim evləri var ki, menyu qiyməti 20 manatı keçir. Görünür, belə getsə, mərasim evlərindəki qiymətlər şadlıq sarayları ilə yarışacaq. Elə növbəti xəbərimizdə də əməkdaşlarımız paytaxtda mərasim evlərinin qiymətləri ilə maraqlanıblar.
Kiminsə yası düşürsə ilk növbədə mərasim evlərindəki qiymətlərlə maraqlanır. Sözsüz ki, bəzilərini qane edən qiymətlər bəziləri üçün əlçatmaz görünür. Paytaxt sakinləri iddia edirlər ki, indi mərasim evlərindəki menyu qiymətləri şadlıq evlərindəki qiymətlərlə ayaqlaşmağa başlayıb:
Ancaq nədənsə mərasim evlərinin sahibləri qiymətlərlə bağlı suallarımızı cavablamaqda maraqlı görünmədilər. Qapısını döydüyümüz mərasim evlərinin əksəriyyəti ya "işləmirik" dedi, ya da müsahibə verməkdən imtina etdi. Ancaq şifahi də olsa, öyrənə bildik ki, mərasim evlərini həm məkan olaraq birgünlük kirayəyə verirlər, həm də menyu ilə xidmət göstərirlər. Orta vəziyyətli mərasim evlərinin 1 günlük kirayə qiymətləri 300-500 manat arasında dəyişir və bu da zalın genişliyindən asılıdır. Menyu qiymətləri isə 10 manatdan başlayaraq 15 manata qədər artır.
Yalnız bir nəfər - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən mərasim evinin sahibi Vüqar Rüstəmov mikrafonumuzu danışdı. Onun sözlərinə görə, istənilən halda müştərilərlə qiymətdə razılığa gəlinir. Ancaq elə müştərilər də olur ki, menyuya əlavələr etmək istəyir:
Belə çıxır ki, qiymətlərə təsir edən elə biz özümüzük, yəni rəhmətə gedənə ehsan verənlər.
Paylaş: