Xəbər lenti

 

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qiymət artımı tənqid olunub.
Ovqat.com apa-ya istinadən xəbər verir ki, deputat Araz Əlizadə bildirib ki, ölkədə qiymətlər ildə iki dəfə 20-25% artır:
"Bu, artıq ənənəvi hal alıb. Bahalaşma, xüsusilə, ərzaq və dərmanların qiymətlərində müşahidə olunur".
Deputat bunun ciddi narahatlıq yaratdığını deyib: "Cənab prezident ildə iki dəfə maaşların artırılması barədə qərar verir.
Bununla bərabər isə ölkədə bəziləri tərəfindən qiymətlər müvafiq olaraq dərhal 20-25% artırılır, bununla da atılan addımın əhəmiyyətini itirirlər. Belə hara gedirik?
Deyim var ki, "Bir kərə qalxan bayraq, bir daha enməz", təəssüf ki, bizdə qalxan qiymətlər də enmir, əksinə, getdikcə qalxır".



Ana səhifəyə qayıt        Baxış: 1 298          Tarix: 4-04-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma