Xəbər lenti
V İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Şirvan mərhələsi başladıIV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvan mərhələsi başlayıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvana səyahət Kür çayının Şirvandan keçən ərazisində, İsmət Qayıbov adına parkdan start götürüb.
Sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi İsmayıl Həşimov, taekvando üzrə respublika mükafatçısı Arif Şükürovun müşayiəti ilə Şirvan şəhəri 10 saylı orta məktəbin şagirdi Səma Əliyeva Kür çayından su götürüblər. Sonra səyahət iştirakçıları Şirvan şəhərinə yola düşüblər.
Mərasim bu gün 20:00-da Şirvan şəhərindəki Heydər Əliyev meydanında konsertlə davam edəcək.
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.


Ana səhifəyə qayıt        Baxış: 1 366          Tarix: 11-04-2017, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma