Xəbər lenti

 

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanda təşkil olunan III qrupun oyunları isə bu gün başlayacaq. 

Bakı Olimpiya Stadionunun ikinci meydançasında keçiriləcək ilk tura İspaniya və Monteneqro yığmalarının matçı ilə start veriləcək. Azərbaycan millisi isə saat 19:00-da başlayacaq qarşılaşmada İslandiya ilə görüşəcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız seçmə mərhələyə qələbə ilə başlamaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, hər qrupda ilk iki pillənin sahibi və ən yaxşı nəticəyə malik 3-cü yer növbəti mərhələyə yüksələcək.

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi
III qrup, I tur
2 oktyabr
 
İspaniya - Monteneqro - 22:0
Qollar: Marin Martin, 11, 26, Okoye Robles, 18, 47, Pina, 19, 28, 31, 44, 49, 50, 80+3, Navarro, 40, 40+3, 57, 72, Vukaniç, 54 (öz qapısına), Vilamala Kosta, 59, 64, 76, Lopes Ruiz, 66, 80, Arana Monteş, 67
Hakim: Lüsi Sulçova (Çexiya)
Bakı Olimpiya Stadionu. 2-ci meydança
 
19:00. Azərbaycan - İslandiya
Hakim: Hristina Quteva (Bolqarıstan)
Bakı Olimpiya Stadionu. 2-ci meydança




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 2-10-2017, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma