Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
VI turun ikinci oyun günündə 9 oyun keçirilib.
Azərbaycan yığması evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzsa da, Çexiya Norveçlə səfər matçında bundan lazımınca yararlana bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Almaniya San Marinonu 7:0 hesabı ilə yenərək, xallarını 18-ə çatdırıb. Şimali İrlandiya isə ikinci pillədə möhkəmlənib və Çexiyanı 4 xal geridə qoyub.
E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı Robert Levandovskinin het-triki ilə, Danimarka isə Qazaxıstanı səfərdə eyni hesabla yenib. Monteneqro isə Ermənistanı darmadağın edib.
F qrupunun lideri İngiltərə Şotlandiyaya məğlubiyyətdən uzatma dəqiqələrində qurtulub. Slovakiya və Sloveniya müvafiq olaraq, Litva və Malta üzərində qələbələr sayəsində liderə yaxınlaşıblar.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
Avropa zonası, VI tur
C qrupu
20:00. Azərbaycan - Şimali İrlandiya - 0:1
Qol: Stüart Dallas, 90+2
22:45. Almaniya - San Marino - 7:0
Qollar: Yulian Draksler, 11. Sandro Vaqner, 16; 29; 85. Amin Yunes, 38. Şkodran Mustafi, 47. Yulian Brandt, 72
22:45. Norveç - Çexiya - 1:1
Qollar: Aleksander Soderlund, 56-penalti ilə - Teodor Gebre Selassi, 36
Xal durumu: Almaniya - 18; Şimali İrlandiya - 13, Çexiya - 9, Azərbaycan - 7, Norveç - 4, San Marino - 0.
E qrupu
20:00. Qazaxıstan - Danimarka - 1:3
Qollar: İslambek Kuat, 76 - Nikolay Yörgensen, 27. Kristian Eriksen, 51-penalti ilə. Kasper Dolberq, 81
Qırmızı vərəqə: Baurjan İslamxan, 43 (Qazaxıstan)
22:45. Monteneqro - Ermənistan - 4:1
Qollar: Fatoş Beçiray, 2. Stevan Yovetiç, 28; 54; 82 - Ruslan Koryan, 89
22:45. Polşa - Rumıniya - 3:1
Qollar: Robert Levandovski, 29-penalti ilə; 57; 62-penalti ilə - Boqdan Stanku, 77
Xal durumu: Polşa - 16, Monteneqro, Danimarka - 10, Rumıniya, Ermənistan - 6, Qazaxıstan - 2.
F qrupu
20:00. Şotlandiya - İngiltərə - 2:2
Qollar: Li Qriffits, 87; 90 - Aleks Oksford-Çemberleyn, 70. Harri Keyn, 90+3
20:00. Sloveniya - Malta - 2:0
Qollar: Yosip İliçiç, 45+2. Milivoye Novakoviç, 84
22:45. Litva – Slovakiya - 1:2
Qollar: Darvidas Şernas, 90+3 - Vladimir Vayss, 32. Marek Hamşik, 58
Xal durumu: İngiltərə - 13, Slovakiya - 12, Sloveniya - 11, Şotlandiya - 8, Litva - 5, Malta - 0.
Enter.News
Paylaş: