Xəbər lenti

 

"Antalyaspor"un yarımmüdafiəçisi Samir Nasri həmyerlisi Hatem ben Arfanın düşdüyü vəziyyəti nəzərdən keçirib.

Ovqat.com goal.az xəbər verir ki, Nasri PSJ-nin 30 yaşlı futbolçunu ötən yay buraxmalı olduğunu qeyd edib.

"Bunu başa düşmürəm. Futbolçu oynamağı sevirsə, meydana çıxmalıdır. Mən ehtiyatda otursam və ya əvəzedici komandaya göndərilməklə heç vaxt razılaşmaram. PSJ güzəştə gedib müqaviləsinin bitməsinə 6 ay qalan Ben Arfanı buraxa bilərdi.

Unutmaq olmaz ki, Ben Arfanı PSJ öz istəyi ilə transfer etmişdi. Futbolçu transferinə 220 və 180 milyon avro sərf edirsənsə, oyunçunu pulsuz buraxmaq sənə maliyyə baxımından təsir etməz".




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 9-10-2017, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma