Xəbər lenti

 

“Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”.

Ovqat.com “County Press” portalına istinadən xəbər verir ki, bunu Uels yığmasının futbolçusu Kris Mefam sentyabrın 6-da Azərbaycan millisinə qarşı evdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

İngiltərənin “Bornmut” klubunda çıxış edən 21 yaşlı müdafiəçi erkən qol vurmağın onlar üçün önəmli olduğunu bildirib: “Qalib gəlməyə qadir olduğumuzu bilirik. Bunu bacaracağımıza və irəli gedəcəyimizə ümid edirəm. Lakin bu qarşılaşmaya meydana çıxaraq, rəqibi asanlıqla məğlub edə biləcəyimiz matç kimi baxa bilmərik. Önəmli olan oyuna düzgün yanaşmaq, azarkeşlərimizin və futbolçuların əsəblərini sakitləşdirəcək erkən qol vurmaqdır”.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 3-09-2019, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma