Xəbər lenti

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yeni yaradılan “Masallı” klubuna “Xəzər-Lənkəran”-ın bir neçə oyunçusu da cəlb edilib.

 Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov APA-ya bildirib ki, “Masallı” klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.

 Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir.




Ana səhifəyə qayıt        Baxış: 956          Tarix: 23-07-2017, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma