Xəbər lenti

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1 228,7 min kv.m. olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib.

“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu, ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 97,3%-ni təşkil edib.

Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kv.m. olub.

Fərdi yaşayış evlərinin 49,8%-i Naxçıvan MR-da, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib. 




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 24-10-2017, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma