Xəbər lenti

Neft sürətlə ucuzlaşmaqda davam edir.  Dünən günün sonunda artıq “Brent” markalı neft 5,85% ucuzlaşaraq bir bareli 58,46 dollara, WTI markalı neft isə 6,79 faiz ucuzlaşaraq bir bareli 50,92 dollara satılıb.  
Bəs neftin qiymətində sürətli ucuzlaşma tendensiyası nə zamana qədər davam edə bilər?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BakuPost-a açıqlamasında deyib ki, neftin qiyməti oktyabrın əvvəlindən 30 faiz ucuzlaşıb.
İ. Şaban ilk mərhələdə neftin qiymətinin ucuzlaşmasının səbəbinin OPEK və Beynəlxalq  Enerji Agentliyinin bəyanatları olduğunu bildirib: “Dünənki böyük səviyyədə ucuzlaşmasının səbəbi isə Səudyyə Ərəbistanının neft nazirinin bu ölkənin neft hasilatı ilə bağlı yeni açıqlaması idi. Məlum olub ki, Səudiyyə Ərəbistanı oktyabr ayında hasilatını pik həddə çatdırıb, gündəlik 10,7 barel neft hasil edib. Bu açıqlama neft bazarına öldürücü təsir etdi. Əgər hesabatlara əsasən bazara böyük həcmdə neft çıxarılırsa, istehlak isə azalırsa, birdən-birə neft hasilatında lider ölkələrdən biri də neft hasilatını pik həddə çatdırırsa, bazarlar buna reaksiya verməyə bilməzdi. Ona görə neftin qiyməti 62 dollardan 58 dollara qədər düşməyə başladı. Neftin qiymətinin enməsi tendensiyası 7 həftədir ki, davam edir. Bu tendensiyanın qarşısını almaq üçün bazar iştirakçıları hansısa müsbət bəyanat səsləndirmir. Dekabrın 5-də  Vayanada OPEK+ formatında keçiriləcək konfransa qədər neftin qiymətində enmə davam edə bilər. Həmin konfransda ölkələr üçün yeni kvotaların müəyyənləşməsi və bazarda vəziyyətin stabilləşməsi ilə bağlı ciddi atılması gözlənilmir. Ancaq hazırda nə hasilatçı, nə də istehlakçı ölkələr, o cümlədən ABŞ və Rusiya tərəfindən 2019-cu ildə bu sahədə proseslərin necə cərəyan edəcəyi ilə bağlı yeni fikir eşitmirik. Buna görə də neftin qiyməti bəzən daha böyük, əzən isə aşağı ürətlə düşməkdə davam edir”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri dekabrın 5-nə qədər neftin bir barelinin qiymətinin 50 dollara düşə biləcəyini də istisna etməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 24-11-2018, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma