ABŞ-ın ticarət əhəmiyyətli xam neft ehtiyatları ötən həftə 2,4 milyon barel azalıb.
Ovqat.com xəbər verir ki, məlumatı ABŞ Enerji İnformasiya İdarəsi (EIA) yayıb.
EİA-nın məlumatına görə, azalma 0.5% civarında olub və ötən həftə ehtiyatlar 454,9 milyon barelə düşüb. Halbuki, bazarın gözləntiləri ehtiyatların 1,7 milyon barel azalması yönündə idi. Ondan əvvəlki həftə isə xam neft ehtiyatları 0,9 milyon barel artmışdı.
Beləcə, son altı həftənin 5-də bu sahədə azalma baş verib.
ABŞ-ın kommersiya əhəmiyyətli olmayan strateji neft ehtiyatları da ötən həftə 0,8 milyon barel (0,1%) azalaraq, 670,6 milyon barelə düşüb.
Super gücün həftəlik benzin ehtiyatları da 1,9% azalaraq, 212,8 milyon barel olub. Benzin ehtiyatlarında azalma gözləntiləri də aşağı imiş - 1,5 milyon barel. Bir öncəki həftə bu sahədəki azalma daha yüksək olub - 5,5 milyon barel.
Ötən həftə ondan əvvəlki həftəylə müqayisədə ölkənin xam neft istehsalı gündə 46 min barel artaraq 9,55 milyon barelə çatıb.
Beləcə ABŞ-ın xam neft istehsalı 2 həftə ard-arda artıb.
Ölkənin xam neft ixracatı həftədə 2,13 milyon barel azalışla rekord səviyyəyə çatıb. ABŞ-ın xam neft idxalatında isə ötən həftə gündəlik 209 min barel azalma olub.
Digər tərəfdən, xam neft idxalı gündə 552 min barrel azalaraq 7,57 milyon barelə düşüb.
ABŞ-ın xam neft hasilatında ard-arda yaşanan azalma meylləri dünya bazarında neftin qiymətinə ciddi təsir göstərib. Hazırda London bazarında Brent markalı neft 60.55, Teksas bazarında xam neft isə 54.3 dollardan satılır.
Bununla belə ötən hasilatda qeydə alınan nisbi artış neftin qiymətində yenidən azalmalara yol aça bilər. Necə ki, ötən gün bu azalma artıq qeydə alınıb. Teksas bazarında bareli 55.11 dollara qədər yüksələn xam neft günün sonunda 53.98 dollara qədər enmişdi. Eyni tendensiya London bazarında da müşahidə edilib. Brend markalı neft ötən gün 61.69 dollara qədər qalxsa da, gün ərzində 60.17 dollara qədər düşmüşdü.
Paylaş: