Şirkətin sözcüsü mətbuata açıqlamasında bildirib ki, bəzi məhsulların qiyməti 6 qəpik, 15 qəpik və 25 qəpik aralığında azalıb.
Ancaq “Ölkə.Az” saytı qısa araşdırma edərək maraqlı nəticə əldə edib. Belə ki, əvvəllər tomat pastası bankaları 720 ml. idi, sonra saldılar 680 ml., indi isə 620 ml. edilib. Buradan isə bu nəticəyə gəlmək olur ki, satılan məhsulların qiyməti ilə yanaşı çəkisi də azalıb.
Ölkənin ən böyük şirkətlərindən birinin istehsal etdiyi məhsulların keyfiyyəti dəfələrlə müzakirə mövzusu olsa da, şirkətin çəki ilə müqayisəli siyasəti sosial şəbəkədə də müzakirəyə səbəb olub.
Burada isə vacib olan holdinqin istehlakçıları aldadıb-aldatmadığı barədə yaranan sualdır.
Qeyd: Azərbaycanın ən böyük holdinqlərindən birinə sözcülük edən Afiq Səfərov etik danışıq qaydalarına riayət etmədiyi (bilmədiyi) üçün “Azərsun Holdinq” şirkətinin məsələ ilə bağlı mövqeyini öyrənmədik.
Paylaş: