Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Dünya bazarında bir barel neftin qiyməti 100 dollara yaxınlaşa, hətta bu həddi keçə bilər.
Ovqat.com xəbər verir ki, “Uoll-Strit”-in (Wall Street) iki iri bankı – “JPMorgan Chase” və “Goldman Sachs” analitikləri bu iddia ilə çıxış ediblər.
Onların fikrincə, neftin qiymətlərinin artmasının bir neçə səbəbi var. Əvvəla, koronavirus böhranı başa çatdıqdan sonra neftə tələbat da artacaq. Nəticədə tələb təklifi üstələdiyindən bahalaşma da qaçınılmaz olacaq.
İkincisi, ötən il son kulminasiya nöqtəsinə çatan ucuzlaşma nəticəsində bir sıra şirkətlər investisiya planlarını dayandırıblar. Onların yenidən bazardakı tələbata uyğun neft istehsalını planlaşdırması zaman alacaq və nəticədə bahalaşma davam edəcək.
Üçüncü ən əsas amil isə ABŞ dollarının zəifləməsi ilə əlaqədardır. Başqa sözlə desək, əslində qiyməti artan neft olmayacaq. Sadəcə dollar ucuzlaşdığı üçün neftin qiyməti də baha görünəcək.
Bəs, dolların ucuzlaşması mümkündürmü?
“Frееdоm Finаncе” Bankının İdarə Heyətinin sədri Gennadi Saliç bu sualı belə cavablandırır:
“Məsələ burasındadır ki, ABŞ-ın pul çapetmə dəzgahı daha sürətlə işləməyə başlayıb və öz iqtisadiyyatına trilyonlarla dollar yükləməyə davam edir. Prezident Cozef Bayden 1,9 trilyon dollarlıq növbəti stimul paketini açıqladı. ABŞ-ın pul emissiyasındakı bu sürət orta illik templəri ən azı dörd dəfə üstələyir. Bu, artıq kənd təsərrüfatı məhsullarının, metalların və neftin birja qiymətlərinin artmasına səbəb olub və görünür, bu artımı bundan sonra da dəstəkləyəcək. Neftin də qiymətləri qızıl kimi inflyasiya gözləntilərində artır".
Bununla belə, ekspertlər neftin yenidən bahalaşaraq 100 dollar/barrelin üzərinə çıxmasının uzun sürməyəcəyinə inanırlar. Onların fikrincə, uzağı bir neçə il bu tendensiya davam edə bilər. ÜstəliK, bu bahalaşma indi yox, hardasa, 10 il sonra ən yüksək həddinə çıxacaq.
FxPro-nun aparıcı analitik Aleksandr Kupikeviç də bu proqnozu paylaşanlardandır. Analitikin fikrincə, neftin qiymətlərində artım və azalmanın bir dövri mərhələsi var və “supersikl” deyilən bu dövrilik adətən 20-30 il davam edir.
“"Supersikl çoxillik trendi” dedikdə 20-30 illik dövr nəzərdə tutulur. Hesab edilir ki, son belə supersikl 2000-2001-ci illərdə başlayıb. O vaxt ki, bir çox xammal məhsullarının kotirovkaları çoxillik azalmadan sonra artmağa başladı. Ötən il o, mart–aprel aylarında xammalın kəskin ucuzlaşması ilə başa çatdı", - deyə ekspert bildirir.
Onun fikrincə, neftin bir barelinə görə 100 dollar mümkün ssenaridir, lakin perspektiv davamiyyəti, uzağı, üç-beş ildir.
"Bu il yalnız anomal bazar konyunkturası baş verdiyi təqdirdə bu mümkündür: neft və" şort-skviz " adlandırılan ekstremal kəsilmələr baş verərsə...", - deyə Kupikeviç bildirir.
“Şort-skviz” nədir?
Ekspertin fikrincə, şort-skviz zamanı bazarda tələbat təklifi üstələyir ki, bu da qiymətlərin kəskin sıçrayışına gətirib çıxarır.
Qısası, Aleksandr Kupikeviçin fikrindən belə anlaşılır ki, ötən il son “supersikl” dairəvi hərəkətini tamamlayan neft qiymətləri bu il yeni mərhələyə qədəm qoyur. Bu da tədricən qiymətlərin artmasını tətikləyə bilər.
Fəqət neftə ümid bağlayıb digər iqtisadi sektorların inkişafını gözardı etməyə öyrəşmiş Azərbaycan hakimiyyəti çox da bu nəzəriyyələrə inanmasın. Çünki neftin qiymətlərinin mümkün bahalaşmasını əngəlləyən amillər da az deyil. Başlıca əngəlləyici amillərdən biri neft hasilatçılarının ötən il istehsal həcmini azaltmaqla bağlı çıxardıqları qərarla əlaqədardır. OPEC+ sammitləri çərçivəsində alınan qərarlar nəticəsində dondurulan hasilat potensialı yenidən işə salına və kəskin rəqabət şəraiti qiymətlərin tənzimlənməsinə təsir edə bilər. Hər halda Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin bu cür təcrübələri var və onların eyni metodlardan istifadə edərək rəqiblərini çökdürmək planını həyata keçirməyəcəyinə heç kim təminat verə bilməz.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar