Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
"Azərbaycanla Avropa arasında enerji əməkdaşlığı yeni müstəvidə genişlənmək üzrədir".
Bunu "Report"a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
"Son zamanlar Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropada və ümumilikdə Qərbdə Rusiyanın enerji resurslarından asılılıqdan tamamilə azad olmaq barədə fikirlər səsləndirilir (Sanki qısa müddətdə Rusiyadan neft-qaz asılılığına son qoymaq mümkündür). Bütün bunların fonunda Azərbaycan-Avropa enerji əməkdaşlığı yeni müstəvidə genişlənir.
Azərbaycanın kifayət qədər təbii qaz resursları var və Avropaya əlavə "mavi yanacaq" göndərmək imkanlarına malikdir. Sadəcə bunun üçün Trans-Adriatik qaz boru kəmərinin (TAP) buraxıcılıq gücünü 2 dəfə, yəni 10 milyard kubmetrdən 20 milyard kub metrə qədər artırmaq lazılmdır. O cümlədən, Avropanın sərhədlərinə qədər Cənub Qaz Dəhlizi genişləndirilməlidir. Amma bunun üçün isə təqribən 4-5 il lazımdır. Avropadakı istehlakçılar bilməlidir ki, bunu gələn il və yaxud o biri il əldə etmək mümkün deyil. Əsas məsələ odur ki, Azərbaycan Avropada özünü ciddi bir oyunçu kimi təqdim edib. Yəni Azərbaycanla Avropanın enerji əməkdaşlığı uzun müddət davam edib, Azərbaycan verdiyi sözə daim əməl edib. Bütün bunlar gələcəkdə Azərbaycanla Avropanın enerji əməkdaşlığının daha da genişləndirilməsi üçün onun yeni bir müstəviyə keçməsinə dəlalət edir”, - o, qeyd edib.
Xatırladaq ki, məşhur "EU Reporter" nəşri də Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının əhəmiyyətindən yazıb, Azərbaycanın Avropa İttifaqının (Aİ) üzvü olan bir neçə ölkəyə qaz boru kəmərinin genişləndirilməsi strategiyasının həyati əhəmiyyət kəsb etdiyini, xalis sıfır karbon emissiyası hədəfinə çatmaqda mühüm rol oynayacağını bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar