Xəbər lenti

Çexiya Prezidenti Petr Pavel NATO ölkələrinin hava məkanını pozan Rusiya təyyarələrini vurmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Novinky" nəşri məlumat yayıb.

Pavel bəyan edib ki, bu cür hərəkətlər Avropada gərginliyi əhəmiyyətli dərəcədə artırır. Onun fikrincə, müttəfiqlər Rusiyaya siqnal göndərmək üçün hərbi variant da daxil olmaqla, müvafiq cavab verməlidirlər.

"Mən bunu son dərəcə məsuliyyətsiz davranış adlandırmağa məcburam. Çünki hava məkanının pozulması müdafiə mexanizmlərinin işə salınması və nəticədə belə bir təyyarənin məhv edilməsi üçün səbəbdir. Bunu heç kim istəməz, nə bizim tərəf, nə də Rusiya tərəfi", - Pavel bildirib.

Xatırladaq ki, son günlərdə Rusiyaya məxsus qırıcılar və dronlar Polşa, Estoniya və Rumıniya kimi NATO ölkələrinin hava məkanını pozub.




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: Bu gün, 09:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma