Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Belarus iqtisadiyyatı çətin ki, Rusiya üçün ofşor rolunu oynaya bilsin.
Qaynarinfo xəbər verir ki, Alpari Eurasia-nın baş analitiki Vadim İosub Beynəlxalq Fransız Radiosu RFI-yə açıqlamasında belə hesab etdiyini bildirib.
"Bir çox sanksiyalar birbaşa paket şəklində Rusiya və Belarusa tətbiq edilir. Doğrudan da, onlar daha az dərəcədə Belarusa müraciət edirlər, xüsusən də Rusiya Mərkəzi Bankının avro və dollardakı aktivlərinə həbs qoyulub, Belarusda isə indiyədək yalnız avro dondurulub. Amma aydındır ki, bu, zaman məsələsidir.
Sanksiyalardan yan keçmək üçün o ərazi ofşorlar üçün yararlı hesab edilməlidir ki, hər şey bu əraziyə çatdırıla, hər şey oradan təmin edilə bilsin, bank hesablaşmalarında, valyutada, SWIFT sistemi ilə bağlı problem olmasın, bu zona "zəhərli” sayılmasın, biznes oradan qaçmasın", - analitik vurğulayır.
Analitikin fikrincə, Avrasiya İqtisadi İttifaqının istənilən ölkəsi, məsələn, birbaşa sanksiyaların tətbiq olunmadığı Qazaxıstan, Ermənistan, Qırğızıstan Rusiya üçün ofşor şirkət rolunu oynaya bilər. Buna baxmayaraq, bu ölkələrin biznesi də artıq logistika, ödənişlər və təchizatda problemlərlə üzləşib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar