Xəbər lenti

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə reallaşdırılması ehtimalı haqda açıqlamasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, İran XİN sözçüsü Nasir Kənani bu məsələdə Tehranın mövqeyinin aydın və dəqiq olduğunu deyib.

“Qafqazdakı vəziyyət, sülh və sabitlik, dəhlizlər və tranzit keçidləri ilə bağlı aydın mövqeyimiz var. Tehran sülh və sabitlik naminə regional, eləcə də ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.

Həmişə qeyd etmişik ki, ticarət-iqtisadi əməkdaşlığın inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması üçün bəhanə ola bilməz”, - N.Kənani bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 217          Tarix: 8-01-2024, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma