Xəbər lenti

Rusiya neftinin Hindistana idxalı ardıcıl ikinci aydır ki, azalır.

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, LSEG xidmətinin məlumatına görə, yanvarda bu göstərici sutkada 1,3 milyon barel təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 4,2% azdır.

Bu göstərici illik minimumdur. "Vortex" analitik firması agentliyə bildirib: “Rusiya neftinə endirimlərin azalması, ABŞ-ın gəmi sahiblərinə qarşı son sanksiyalarıdır, eləcə də Qırmızı dənizdəki böhran son aylarda Rusiya neftini Hindistan neft emalı zavodları üçün daha az cəlbedici edib”.

Əlavə edilib ki, Rusiyadan yanacaq tədarükündə azalma yaxın aylarda da davam edə bilər.

Tədarükün azaldılmasını kompensasiya etmək üçün Hindistan İraq neftinin alışını artırıb.

Agentlik qeyd edir ki, 2023-cü ildə Hindistan Rusiyadan Moskvanın endirimlə satdığı dəniz yolu ilə daşınan neftin ən böyük alıcısına çevrilib. Dekabrda Birləşmiş Ştatlar Rusiya neftini müəyyən edilmiş barel üçün 60 dollardan yuxarı qiymətlərlə daşıyan gəmilərə qarşı sanksiyalar elan edib.




Ana səhifəyə qayıt        Baxış: 2 970          Tarix: 1-02-2024, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma