Xəbər lenti

BRICS taxıl birjası məhsul və xammal üçün ədalətli və proqnozlaşdırılabilən qiymət göstəricilərinin formalaşmasına kömək edəcək.

Oxu.Az bu barədə atar-inform.ru-ya istinadən bildirir ki, bu gün Kazanda keçirilən BRICS sammitində Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

"BRICS ölkələrinin bir neçəsi dünyanın ən böyük taxıl, paxlalı və yağlı bitki istehsalçıları arasındadır. Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rolu nəzərə alınmaqla, məhsullar və xammal üçün ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşmasına kömək edəcək BRICS taxıl birjasının açılmasını təklif etdik", - deyə Putin qeyd edib.

Putinin sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi milli bazarları mənfi xarici müdaxilədən, spekulyasiyalardan və süni ərzaq qıtlığı yaratmaq cəhdlərindən qorumağa kömək edəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 904          Tarix: 23-10-2024, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma