Xəbər lenti

2018-ci il dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu

2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

“Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb. (apa)




Ana səhifəyə qayıt        Baxış: 1 061          Tarix: 18-09-2017, 16:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma