Xəbər lenti

                                          

Türkiyədə 52 yaşlı Gürcüstan vətəndaşı qətlə yetirilib. Ovqat.com-un APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, həmin şəxsə baş nahiyəsindən küt alətlə ölümcül xəsarət yetirilib.

Gürcüstan Xarici İşlər Nazirliyindən qətlə yetirilmiş vətəndaşın etnik azərbaycanlı olduğu bildirilib.

Faktla bağlı Türkiyədə istintaq aparılır. Qətli törətmiş şəxsin axtarışı istiqamətində tədbirlər həyata keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 953          Tarix: 13-12-2017, 23:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma