Xəbər lenti
2-07-2020, 19:26

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsindəki qəbiristanlıqdan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd patron darağı (AK-74 silahına aid), 1 ədəd “F-1” markalı qumbara, 4 ədəd bıçaq və 312 ədəd patron tapılıb.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Şirvan şəhər sakini Taleh Məmmədov “İJ” markalı pnevmatik tüfəngi könüllü olaraq Şəhər Polis Şöbəsinə təhvil verib.

 




Ana səhifəyə qayıt        Baxış: 368          Tarix: 3-05-2018, 15:49      


Paylaş: