Xəbər lenti
Dünən, 10:55

“Hesabat dövründə mənzil tikinti sahəsi ilə bağlı cinayət işləri çoxluq təşkil edib. Bu sahədə 18 şəxs barəsində 9 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müddətdə bank və bank olmayan kredit təşkilatları ilə bağlı 43 şəxs barəsində 18 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib: “Ziyana gəldikdə isə 17 milyon 610 min manat ziyanın vətəndaşlara ödənilməsi təmin edilib. Mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manat nağd olaraq vətəndaşlara ödənilməsi təmin olunub”.

K.Əliyev qeyd edib ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 117 cinayət işi üzrə istintaq aparılır: “Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə əlaqəlidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 208          Tarix: 25-07-2018, 12:13      


Paylaş:   

Ən çox oxunanlar