Xəbər lenti
2-07-2020, 19:26

Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Astara rayon şöbələri birgə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DTX-nin rayon şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb: “Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb”.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 411          Tarix: 24-09-2018, 17:07      


Paylaş: