Xəbər lenti

 

Gəncə şəhərində 14 yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Xaliq Mahmudovu cinayət işi açılıb.

Teleqraf.com-un xəbərinə görə, ona Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Xaliq Mahmudov şəhər ərazisində Səbinə Vəliyeva (ad və soyad şərti verilib – red.) cinsi əlaqədə olub. Hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra o, həbs edilib.

Cinayət işi üzrə material baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib və hakim Rasim Kazımovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 214          Tarix: 31-08-2019, 11:32      


Paylaş: