Xəbər lenti

 

Bakıda qadın doğuş zamanı ölüb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən 7 saylı doğum evində qeydə alınıb.

32 yaşlı Manıyeva Ramilə İmadəddin qızı “39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü” diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Qadın qanaxmadan ölüb.

Qeyd edək ki, sentyabrın 4-ü 7 saylı doğum evində 26 yaşlı qadın da doğuş zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 349          Tarix: 30-09-2019, 10:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma