Xəbər lenti

 

Bakıda qardaş bacısını qətlə yetirib.

Report-un xəbərinə görə, hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 660          Tarix: 7-02-2020, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma