Xəbər lenti

 

Siyəzəndə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ovqat.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Zarat kəndi ərazisində "Vaz" markalı minik avtomobili ilə "Niva" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı xilas edərək aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 16:00-da başa çatıb.




Ana səhifəyə qayıt        Baxış: 726          Tarix: 29-08-2017, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma