Xəbər lenti

 "GUAM Parlament Assambleyasının Tbilisidə keçirilən onuncu sessiyasında bir sıra mühüm sənədlər qəbul olunacaq".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Onun sözlərinə görə, assambleyanın Büro iclasında GUAM ilə Baltik Assambleyasının birgə bəyənnaməsi və Benilüks Təşklilatı ilə birgə kommunikenin layihəsi müzakirə olunub.
A.Kərimli bildirib ki, kommunikedə iki qurum arasında əməkdaşlığın perspektivləri əks olunub. Birgə bəyannamədə isə Azərbaycan və Gürcüstanın pozulmuş ərazi bütövlüyünün bərpası, mövcud münaqişlərin sülh yolu ilə həlli məsələləri qeyd olunub: "Hər iki sənəd Assambleyanın onuncu sessiyasında qəbul olunacaq".




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 18-12-2017, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma