GUAM Parlament Assambleyasının 10-cu sessiyası çərçivəsində dekabrın 17-də Tbilisidə qurumun büro və komitə iclasları keçirilib.İclaslarda Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub.
Həmçinin GUAM-ın digər beynəlxalq təşkilatlar və onların parlament qurumları arasında əlaqələrinin və əməkdaşlığın inkişaf perspektivləri, GUAM daxilində təhlükəsizlik və s məsələlər müzakirə olunub.
Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verilib. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilməməsi, bir milyondan çox insanın doğma yurd yuvalarına qayıda bilməməsi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, bu münaqişənin həllinin uzanması regionda və dünyada sülhə təhdiddir.
İclaslarda GUAM PA-nın 10-cu sessiyasının gündəliyi də diqqət mərkəzində olub.
Plenar sessiyada GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu və s. məsələlər müzakirə olunacaq.
Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli və digər rəsmi şəxslər təmsil edirlər.//Report
Paylaş: