Xəbər lenti

 

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə "Hürriyyet.com" xəbər verib.
Türkiyə ordusuna istinadən yayılan məlumata görə, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib.
Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.
Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 18-02-2018, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma