Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.

 

Qovqat.com-a DİN-dən daxil olan məlumatda belə deyilir.

 

2018-ci il mart ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunmuşdur.  

         - Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

         - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 12 nəfər xəsarət almışdır. 

         - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

         - Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 8-03-2018, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma