Xəbər lenti

  

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 94 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.

Daxili İşlər Nazirliyindən Ovqat.com-a daxil olan məlumatda belə deyilir.

2018-ci il mart ayının 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumata görə, Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunmuşdur:

“- Axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır”.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 7-03-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma