Xəbər lenti

  

“Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 181 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılmışdır”.

Ovqat.com-a DİN-dən verilən məlumatda belə deyilir.

Nazirliyin Mətbuat Xidmətinin 2018-ci il sentyabr ayının 22-dən 24-dək daxili işlər qeydə alınmış cinayət hadisələri haqqında statistik məlumata görə, həftə sonunda əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur. Həmçinin, axtarışda olan ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir:

“Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılmışdır”.




Ana səhifəyə qayıt        Baxış: 534          Tarix: 24-09-2018, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma