2018-ci il dekabr ayının 17-dən 18-dək daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır.
DİN-in Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumatda belə deyilir.
Bildirildiyinə görə, ötən gün əvvəlki dövrlərdə bağlı qalmış 23 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olan ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.
Paylaş: