Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Neft emalındakı çətinliklər ucbatından benzini idxal edən İran hökmətinin ölkədə güzəştli benzinin qiymətini 3 dəfə artırması ilə İsfahan ve Sircan şəhərlərini etiraz dalğası bürüdü.
Artırılan qiymətlərlə bağlı açıqlama verən prezident Həsən Ruhani, artışın xalqın mənafeləri istiqamətində edildiyini və aşağı təbəqə vətəndaşlara kömək məqsədiylə və iqtisadi problemlərə görə məcbur qaldıqlarını açıqladı.
Qiymət artımı ilə Əhvaz, Xürrəmşəhr, Bircənd, Məşhəd, Gəçsaran, Sircan, Bəndər, Bəndər-Abbas şəhərlərində xalq küçələrə çıxaraq etirazını bildirir.
Etirazçılar avtomobil sahiblərini yolları bağlamağa çağırarkən, Sircanda yanacaqdoldurma məntəqəsinin yandırılmağı ilə bağlı məlumatlar yayılıb.
Məşhəd şəhərində aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaşanıb.
Qeyd edək ki, Milli İran Neft Məhsulları Paylanması Şirkətinin açıqlamasına görə, bundan belə fərdi nəqliyyat vasitə sahibləri ayda 60 litr, iki yanacaqla işləyən avtomobil sahibləri 30 litr, fərdi sərnişin daşımaları ilə məşğul olanlar üçün müvafiq olaraq 400 litr və 200 litr, motosikl sahibləri 25 litr ala bilər. Kvota çərçivəsində benzinin qiyməti 50 faiz artırılaraq 15 min rial (0,13 ABŞ dollarına yaxın), kvotaya əlavə satılan benzinin isə 30 min rial müəyyənləşdirilib.
İranın dövlət rəsmiləri bildirib ki, ölkədə gündəlik 90 milyon litr benzin işlədilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar