Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraqda kütləvi etirazlara toxunaraq, “İslam dünyasında parçalanma yaratmaq” istəyənlərlə bağlı xəbərdarlıq edib və İraqdakı etirazların İrana da yayıla biləcəyini düşündüyünü bildirib.

Macarıstana səfəri çərçivəsində jurnalistlərə açıqlama verən Ərdoğan, Türkiyənin Suriyanın şimalına hücumu ilə bağlı İranın mövqeyini də tənqid edib.

O, İranın əməliyyatla bağlı mövqeyinin Türkiyəni “incitdiyini” qeyd edib.

Qeyd edək ki, son iki ayda İraqın müxtəlif şəhərlərində iqtisadi və antikorrupsiya tələbləri ilə bağlı geniş etiraz dalğası yaşanıb və aksiyalar zamanı etirazçılar bir sıra hallarda İran əleyhinə şüarlar səsləndiriblər.

Kərbəla şəhərində təhlükəsizlik qüvvələrinin İran Konsulluğunun qarşısında etirazçılarla toqquşması nəticəsində bir neçə etirazçı həlak olub.

Aznews.tv




Ana səhifəyə qayıt        Baxış: 631          Tarix: 10-11-2019, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma