Xəbər lenti

 

Livanın paytaxtı Beyrutda nümayişçilərlə polis və təhlükəsizlik qüvvələrinin toqquşması nəticəsində azı 54 nəfər xəsarət alıb.

Bu məlumatı “Röyters” agentliyi yayıb.

Məlumata əsasən, etirazçılar parlament binasına daxil olmağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifa edib.

Qeyd edək ki, oktyabrın 17-də Livanda başlayan kütləvi etiraz aksiyaları oktyabrın 29-da Saad Hariri başda olmaqla koalisiya kabinetinin istefasına gətirib çıxarıb.

Livan Parlamenti bazar ertəsi prezident Mişel Aun ilə Baş nazirin namizədliyini müzakirə etmək üçün görüşməyə hazırlaşır.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 15-12-2019, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma