Xəbər lenti

 

“Livan 2006-cı ildə İsraillə Hizbullah arasındakı 34 günlük müharibəyə son qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnaməsini həyata keçirməyə səy göstərir. Bu qətnamə çərçivəsində cənub sərhədlərimizdə BMT-nin sülhməramlı qüvvələriylə əməkdaşlıq edir, sabitliyin davamlı olması üçün çalışırıq. Amma İsrail tərəfindən gələcək hər hansı hücumu da qarşılamağa hazırıq".

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, İsrailə meydan oxuyan bu sözləri Livanın Baş qərargah rəisi general Cozef Avn Beyrutda müxtəlif ölkələrin hərbi missiya nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Baş qərargah rəisi çıxışını əsasən İsrailin “hədə-qorxuları" və Livanın İŞİD-ə qarşı ötən il apardığı "Dağların şəfəqi" əməliyyatı üzərində qurub.

O, regionda "ölümcül münaqişələrin”yaşandığı şəraitdə ölkədə sabitliyi qoruyub saxladıqlarını” və Livan ordusunun Suriya sərhədində İŞİD-lə mübarizəsinin bu terror təşkilatına qarşı 2017-ci ildə qeydə alınan əsas dönüş nöqtələrindən biri olduğunu qeyd edib. “Birgə səylərimiz nəticəsində İŞİD İraq və Suriyada məğlubiyyətə uğradı”.

Qeyd edək ki, Livanın Baş qərargah rəisi ötən noyabr ayında Livan ordusuna "İsrail təhlükəsinə qarşı hazırlıq ol!” əmri vermişdi.




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 17-01-2018, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma